Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2022 / Xəbərlər

Oğuzda “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli tam orta məktəbdə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib. Tədbirdə  DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin  məsləhətçisi Samir Salehov, Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şaiq Rüstəmov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən danışıblar. Bildirilib ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi dinlə bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi üçün şərait yaradılıb. Onun əsasını qoyduğu dövlət-din münasibətləri modeli hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.