Oğuzda maarifləndirmə tədbiri keçirilib
İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Oğuz şəhər Cümə məscidində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Cümə məscidinin imamı Şövkət Cəlilov və dindarlar iştirak ediblər.
Çıxışlarda xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki rolundan bəhs olunub. Qeyd edilib ki, Azərbaycanda müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.