Oğuzda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub
Noyabrın 16-da Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Oğuz rayon Gənclər və İdman idarəsi (Gİİ) və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Oğuz rayon Təhsil şöbəsinin əməkdaşı Emin Əzimli, Gİİ-nin müavini Şaiq Rüstəmov və ziyalılar iştirak ediblər.
Çıxışlar zamanı bu kimi tədbirlərin vacibliyi vurğulanıb və qeyd edilib ki, din sırf mənəviyyatla bağlı olan məsələdir. Bu baxımdan dinin siyasi bir vasitə kimi istifadə olunması onun əsas mahiyyətindən uzaqlaşmasına səbəb olur və xalq kütlələrini idarə etmək üçün istifadə edilən bir alətə çevrilir. Buna görə də, insanların, o cümlədən yeniyetmə və gənclərin dini maarifləndirilməsinə diqqətlə yanaşmaq lazımdır. Eyni zamanda, dini ekstremizmə və radikalizmə qarşı mübarizədə əsas hədəflər müəyyənləşdirilməli, bu istiqamətdə daha ciddi şəkildə iş aparılmalı və mənəvi dəyərlərimiz doğru və dürüst şəkildə gənclərimizə aşılanmalıdır.