Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.04.2022 / Xəbərlər

Oğuzda “4 gündən 44 günə: Böyük zəfər yolu” mövzusunda konfrans keçirilib

Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyasının Oğuz Rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Oğuz Peşə məktəbində “4 gündən 44 günə: Böyük zəfər yolu” mövzusunda konfrans keçirilib.

Tədbirdə YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Gənclər və İdman İdarəsinin rəis müavini Şaiq Rüstəmov, Oğuz Peşə məktəbinin rəhbərliyi, həmçinin məktəbin müəllim və tələbələri iştirak ediblər.  

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri Müzəffər Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Bildirilib ki, müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünə qədəm qoydu.

Tədbirin sonunda  tələbələrin  iştirakı ilə böyük zəfərə həsr olunmuş ədəbi-bədii kompozisiya və videoçarx nümayiş etdirilib.