Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2021 / Xəbərlər

Oğuzda 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 15-də Oğuz rayonunda 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş onlayn formatda tədbir keçirilib.

Tədbirdə Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon  Gənclər və İdman  İdarəsinin rəisi Ramiz Mahmudov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Günel Abdullayeva,YAP Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elşən Alcansoy, həmçinin gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Bildirilib ki, Ümummilli Liderin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olub, səmərəli intensiv islahatlar aparılıb.