Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.03.2022 / Xəbərlər

“Novruz bayramı milli-mənəvi dəyərlərimizdən biridir” mövzusunda tədbir keçirilib

Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində “Novruz bayramı milli-mənəvi dəyərlərimizdən biridir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, məktəbin direktoru Ramiz Ramazanov, Balakən Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Balakən rayon Qullar kənd kitabxana müdiri Sanur Yetimova, Balakən rayonu Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan xalqının qədim bayramlarından olan Novruzun müxtəlif xalqların nümayəndələrini biri-birinə daha da yaxınlaşdırdığı qeyd olunub. Bildirilib ki, Novruz bayramı həmrəylik, dostluq, qardaşlıq bayramıdır. Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini tərənnüm edən Novruz bayramı respublikamızın hər yerində geniş miqyasda qeyd olunur.

Sonda fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarına MDTF-nin maliyyə dəstəyi ilə çap edilmiş maarifləndirici ədəbiyyat təqdim edilib.