Neftçalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusu müzakirə edilib
Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, Neftçala rayonunun təhsil işçiləri və müəllimlər iştirak ediblər.
Çıxış edənlər uşaqların mənəvi inkişafı, həmçinin mənəvi inkişafı təmin edəcək təlim üsullarından, bu mövzuda əsas fəaliyyəti olan ailə və təhsil işçilərinin necə bir məsuliyyət daşıdıqlarından bəhs ediblər. Eyni zamanda uşaqlara milli-mənəvi dəyərlərimizin, şanlı tariximizin, zəngin ədəbiyyatımızın aşılanmasının vacibliyi vurğulanıb. Daha sonra uşaqlara şəhidlərimiz və qazilərimizin qəhrəmanlıq salnamələrinin öyrədilməsinin zəruriliyi qeyd edilib.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı öz fikir və düşüncələrini bildiriblər.

