Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2022 / Xəbərlər

Neftçalada maarifləndirmə tədbiri keçirilib

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda videokonfrans keçirilib.

Onlayn tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Neftçala rayonu üzrə din xadimləri və icma sədrləri iştirak ediblər.

Tədbirdə uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolundan, eləcə də erkən nikah mövzusunun mənəvi və hüquqi aspektləri, səmavi dinlərin, xüsusilə İslamın bu mövzuda mövqeyindən bəhs edilib. İslam dinində uşaqların doğulanadək cins seçiminin pislənilməsi və qadağa olunması bir daha qeyd edilib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçıları öz fikirlərini bölüşüblər.