Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.04.2023 / Xəbərlər

Naftalan şəhərində "Dini radikalizmlə mübarizədə təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhərində "Dini radikalizmlə mübarizədə təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbənin əməkdaşı Kamal Ələkbərov, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva, müəllim və tələbələr iştirak edibər.

Çıxışlar zamanı təhsilin dini radikalizmlə mübarizə tədbirlərindən bəhs olunub. Dini ekstremizmlə mübarizədə təhsilin rolu vurğulanıb.

Sonda DQİDK-nın sifarişi əsasında çəkilmiş "Üfüqdəki gələcək" sənədli filmi nümayiş olunub.