Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.10.2023 / Xəbərlər

“Müasir çağırışlar: birgəyaşayış ənənəsi” adlı fotoalbom nəşr olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Müasir çağırışlar: birgəyaşayış ənənəsi” (Modern challenges:coexistence traditions) adlı fotoalbom nəşr olunub.

Nəşrdə Azərbaycanın  etnik, dini müxtəlifliyini və cəmiyyətdəki tolerantlığı əks etdirən fotolar öz əksini tapıb. Həmçinin albomda dövlət-din münasibətləri, dinə dövlət qayğısına, eləcə də ölkəmizin qədim tarixə malik tarixi-dini abidələrinə dair şəkillər yer alıb.

İngilis dilində tərtib olunan fotoalbomun əsas məqsədi Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və həmrəylik mühiti barədə dünya ictimaiyyətini bir daha məlumatlandırmaqdır.