Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.11.2021 / Xəbərlər

Mingəçevirdə “Dini radikalizm və onun törətdiyi fəsadlar” mövzusunda tədbir keçirilib

Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhər Gənclər Evi Sosial Xidmət Müəssisəsində “Dini radikalizm və onun törətdiyi fəsadlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər Evinin könüllüləri, şəhərin fəal gəncləri və tələbələr iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dini radikalizm və ekstremizmin törətdiyi bəlalardan və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs olunub. Natiqlər ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi və bunun dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini vurğulayıblar.

Tədbir diskussiya şəklində davam edib.