Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.05.2022 / Xəbərlər

Mingəçevirdə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib. 

Tədbirdə rəsmi şəxslər, din xadimləri və Gənclər Evinin könüllüləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə mənfi təsiri haqqında geniş məlumat verərək, yad dini-ideoloji qüvvələr tərəfindən cəmiyyət daxilində yad ideologiyaların qarşısının alınmasında, həmçinin milli birliyimiz və dini təhlükəsizliyimiz əleyhinə yönələn fəaliyyətə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini vurğulayıb.

Mövzu ətrafında çıxış edən Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı,  Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, “Heydər” məscidinin imam müavinləri Bəhruz Əhmədov və Müşfiq Nəcəfov hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən milli birliyin möhkəmlənməsi, adət-ənənələrin qorunması, milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar. Vətən müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də xüsusi rol oynadığı bildirilib. Dini məzhəbçilik meyillərindən qorunmanın və dini təhlükəsizliyin təminatında dini maarifləndirmənin müstəsna rolu qeyd edilib.   

Seminarın sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.