“Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə ” mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə ” mövzusunda maarifləndirici tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, Saatlı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı Rayon üzrə nümayəndəliyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları, eləcə də gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılğı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, məişət zorakılığı halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Həmçinin çıxışlar zamanı ailədaxili ünsiyyət və münasibətlərin əhəmiyyəti, tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunma yolları və s. barədə ətraflı fikir mübadiləsi aparılıb.