“MƏİŞƏT ZORAKILIĞI çıxış yolu var!” adlı maarifləndirici jurnal çap olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “MƏİŞƏT ZORAKILIĞI çıxış yolu var!” adlı maarifləndirici jurnal çap olunub.
Nəşr Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının 12.2.3. bəndinə əsasən ərsəyə gətirilib.
Jurnalda erkən nikah problemləri, məişət zəmnində baş verən müxtəlif - fiziki, ideoloji, psixi və digər şiddət növləri barədə məlumatlar verilib. Oxucular məişət zorakılığına görə hüquqi məsuliyyət məsələləri, mühafizə orderi, yardım mərkəzləri, eyni zamanda zorakılığa məruz qaldıqda və ya şahid olduqda necə davranmaq, hansı qurumlara müraciət etməklə bağlı suallarına jurnal vasitəsilə cavab tapa bilərlər.
Onu da qeyd edək ki, məişət zorakılığının qarşısının alınmasında əxlaqi-dini dəyərlərin rolunun da geniş şəkildə əks olunduğu nəşrdə şiddətin müxtəlif dinlərə aid müqəddəs kitablarda bəyənilməyən məsələlərdən biri olması xüsusilə vurğulanıb.
Jurnal ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: