Məhkumlar üçün növbəti seminar-treninqlər keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2023-cü il üçün təsdiq edilmiş birgə Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşləri 14.06.2023-cü il tarixdə 4 saylı cəzaçəkmə müəssisəsi və Tərbiyə müəssisəsində keçirilib.
“Xeyirxahlıq, yardım, mərhəmət və doğruluğun insan həyatında rolu” mövzusunda keçirilmiş görüşdə Penitensiar xidmətin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və Xanım Fatimeyi-Zəhra məscidinin imam müavini Fərid Qasımzadə iştirak ediblər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

