Məhkumlar üçün növbəti seminar-treninqlər keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün təsdiq edilmiş birgə Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşləri oktyabrın 21-də 4 saylı cəzaçəkmə və Tərbiyə müəssisələrində keçirilib.
“Xeyirxahlıq, yardım, mərhəmət və doğruluğun insan həyatında rolu” və “Uşaqların mənəvi inkişafının onların gələcəyinə təsiri” mövzularında keçirilmiş görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

