Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.07.2023 / Xəbərlər

MDTF-nin dəstəyi ilə Lənkəran şəhərindən olan Şəhidlərin ailə üzvlərinin Şuşaya səfəri təşkil edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Lənkəran şəhəri Böyük bazar "Cümə" məscidi dini icmasınıın birgə təşkilatçılığı ilə Lənkəran şəhərində yaşayan şəhid ailəsi üzvləri və bir sıra ictimaiyyət nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfəri baş tutub.

Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib. Səfər müddətində şəhidlərin doğmaları qəhrəman oğulların keçdiyi şərəfli yoldan, onların şücaətlərindən söhbət açıblar.