Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2021 / Xəbərlər

Masallıda “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusu müzakirə olunub

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayon Mərkəzləşmiş Kitabxana Sistemində pandemiya qaydalarını gözləməklə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Mərkəzləşmiş Kitabxana Sisteminin  direktoru Əlhəddin Nəzərov, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik, şücaətli Azərbaycan Ordusu, ən nəhayət xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi. Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətinə diqqət çəkən natiqlər fərqliliklərin zənginlik sayıldığı Azərbaycanın bu sınaqdan da üzüağ və alnıaçıq çıxdığını vurğulayıblar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.