Masallıda “Xocalı - bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda anım tədbiri keçirilib
Fevralın 18-də Masallı rayon Gənclər evində “Xocalı - bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, Masallı Dövlət Regional Kollecinin tələbələri və gənclər iştirak ediblər.
Tədbirdə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Çıxış edən natiqlər vurğulayıblar ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzaladığı və Sərəncama uyğun olaraq tədbirlər planı hazırlandığı diqqətə çatdırılıb.

