Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.12.2021 / Xəbərlər

Masallıda "Ulu Öndər Heydər Əliyevin həmrəylik ideyaları" mövzusunda seminar-treninq keçirilib

Dekabrın 29-da Masallıda 31 Dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə "Ulu Öndər Heydər Əliyevin həmrəylik ideyaları" mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, rayon Gənclər və İdman İdarəsinin rəisi müavini Oqtay Mütəllimov, müəllim, tələbə və gənclər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rol oynayır. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. 31 Dekabr- Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edilməsi məhz Ümummilli Liderin tarixi xidmətidir.