Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.02.2022 / Xəbərlər

Masallıda “Narkomaniya əsrin bəlası” mövzusunda tədbir keçirilib

Fevralın 11-də Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində “Narkomaniya əsrin bəlası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbin müəlim və şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Vurğulayıb ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bildirilib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.