Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.11.2021 / Xəbərlər

Masallıda "Erkən nikahlara qarşı bir olaq" mövzusunda seminar-treninq keçirilib

Noyabrın 24-də Masallı rayon Gənclər evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Erkən nikahlara qarşı bir olaq" mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, Masallı Bioloji Təbabət klinikasının baş həkimi Tural Xaspoladov, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi Azərbaycanda da mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalıdır. Vurğulanıb ki, bu halların qarşısının alınmasında hər kəs öz dəstəyini göstərməlidirlər.

Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.