Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.11.2021 / Xəbərlər

Masallıda “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Noyabrın 12-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, rayon Təhsil Şöbəsinin metodisti Hörmət Balakişiyev, məktəbin direktoru Hamlet Quliyev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda tədbirin əhəmiyyətindən danışılıb. Bildirilib ki, gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün onlara düzgün dini biliklər verilməlidir. Həmçinin dini radikalizmin nə narkomaniyanın yaratdığı fəsadlardan da geniş bəhs olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.