Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2022 / Xəbərlər

Masallıda "Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu" mövzusu müzakirə olunub

Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis (RPŞ) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon İcra Hakimiyyəti başçısının müavini müdiri Aybəniz Qafarova, Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azay Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Boradigah qəsəbəsi İ. Nağıyev adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolundan bəhs olunub.