Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.04.2022 / Xəbərlər

Masallı və Zərdabda maarifləndirmə tədbirləri keçirilib

Aprelin 8-də  Masallı şəhəri Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli  adına 3 saylı tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon Polis Şöbəsinin rəis müavini polis mayoru Elşən Talıbov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Taryel Əkbərov, valideynlər, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusi ilə yeniyetmə və gənclər arasında yayılmış “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Vurğulanıb ki, narkomaniyanın acı nəticəsi milyonlarla insanın məhvi ilə ölçülür.

Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib.

 

***

 

Aprelin 8-də bu istiqamətdə daha bir tədbir Zərdab rayonunda keçirilib. Zərdab şəhəri 3 saylı tam orta məktəbində “Birlikdə düşünək, narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamil Məmmədov, Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələkbər Kərimov, Rayon Polis Şöbəsinin əməkdaşı İkram Əhmədov, məktəbin müəllim və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktualığından bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. O da qeyd edilib ki, bəşəriyyətin ən böyük bəlalarından biri olan narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdən biri hesab edilir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı vide-oçarx nümayiş olunub.