Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.04.2023 / Xəbərlər

Masallı və Ucar rayonlarında maarifləndirmə tədbirləri keçirilib

Aprelin 7-də Masallı rayon Əfqan Mirzəyev adına Qızlavar kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Ombudsman Cənub Regional Mərkəzi, Masallı Gənclər və İdman İdarəsi, habelə Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının  əhəmiyyətindən danışılıb. Çıxış edənlər gənclərimizi  hər zaman ayıq-sayıq olmağa, bu təhlükədən uzaq olmağa çağırıblar. Tədbirin sonunda mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib.

Daha bir maarifləndirmə tədbiri isə Ucar rayonunda keçirilib. Tədbirdə Ucar Rayon İcra hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, rayon Polis  Şöbəsi (RPŞ) və Prokurorluğunun əməkdaşları, gənclər və ictimai fəallar iştirak ediblər.

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində qarşıda duran vəzifələr qeyd edilib, korrupsiya risklərinin minimuma endirilməsi və bu cür halların baş verməməsi üçün görülən tədbirlər vurğulanıb.