Masallı və Ağcabədidə radikalizmlə mübarizəyə dair tədbirlər keçirilib
Bölgələrdə radikalizm və ekstremizimlə mübarizəyə dair silsilə tədbirlər keçirilib.
Dekabrın 15-də Masallı rayon Əfqan Mirzəyev adına Qızlavar kənd tam orta məktəbində "Dini radikalizm və ekstremizim, narkomaniya, erkən nikaha yox deyək" mövzusunda keçirilən seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, Rayon Polis Şöbəsinin rəis müavini Elvin Əzimov, müəllimlər, şagirdlər və ictimiayyət nümayəndələri, Ağcabədi rayonunda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda keçirilən tədbirdə isə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, müəllimlər, tələbələr və gənclər iştirak ediblər.
Hər iki tədbirdə çıxış edən natiqlər yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunmasının vacibliyinə diqqəti çəkiblər. Mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, respublikamızın nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biri olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycanda dini radikalizim və ekstremizmlə mübarizə tədbirləri həyata keçirilməkdədir.
Eyni zamanda tədbirlərdə narkomaniya, erkən nikahın cəmiyyəti narahat edən problemlərdən olması da diqqətə çatdırılıb.



