Maarifləndirmə tədbirləri davam etdirilir
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Mingəçevirdə baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti (İH), şəhərt bələdiyyəsi və digər qurumların nümayəndələri, eləcə də ziyalılar iştirak ediblər. Qobustan rayonunda da maarifləndirmə tədbiri kiçirilib. Qeydolunan tədbirə Rayon (İH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Təklə kənd məktəbinin müəllim və şagirdləri qatılıblar.
Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz Rayon İH-nin əməkdaşı Nazim İsmayılov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Sektorunun müdiri Elmira Mürşüdlü, eləcə də müəllimlərin iştirakı ilə Tovuzda maarifləndirmə tədbiri baş tutub.
Oğuzda baş tutan tədbirdə Komitənin Şəki bölgəsi üzrə şöbəsinin məsləhətcisi Samir Salehov, Oğuz Rayon İH-nin əməkdaşı Nicat Kərimov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şaiq Rüstəmov, müəllim və şagirdlər, Şabranda keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbənin məsləhətçisi Mehman Məmmədov, yerli idarə və təşkilatların nümayəndələri, Göyçay rayonu Potu kənd Şəhid Mübariz Məmmədov adına tam orta məktəbində baş tuutan təbirdə isə DQİDK -nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov, rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin sektor müdiri Rauf Məmmədov, məktəbim müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda təhsilin önəmindən, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsindən bəhs olunub. Maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.
İştirakçıların sualları cavablandırılıb.






