Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.12.2021 / Xəbərlər

Lerikdə “Həmrəyliyin zəfəri” mövzusunda tədbir keçirilib

Dekabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Həmrəyliyin zəfəri” mövzusunda tədbir keçirilib. Lerik Şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, ictimaiyyət nümayəndələri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında mövcud olan həmrəylikdən bəhs edilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycançılıq məfkurəsinin, ölkəmizdəki milli birliyin və dini həmrəyliyin Vətən Müharibəsindəki tarixi qələbəmizdə mühüm rolu vurğulanıb.