Lənkəranda “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusu müzakirə edilib
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Şəhid Rəsul Qurbanov adına İstisu qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktoru Azad Ağayev və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı uşaqların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi qeyd edilib. Onların vətənpərvər şəxsiyyət kimi formalaşmasına mənfi təsir edən yad dini ideologiyalar və zərərli vərdişlərdən qorunmasının zəruriliyi ilə bağlı söhbət aparılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.