Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2022 / Xəbərlər

Lənkəranda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Peşə Liseyinin  birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

“İnsan hüquq və azadlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, liseyin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı insan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verilərək, ölkəmizdə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələrdən söz açılıb. Çıxış edənlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında yer alan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə bu sahədə mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Həmçinin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərimiz və insan hüquq və azadlarına hörmət ruhunda tərbiyə edilməsinin önəmi qeyd edilib.