Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.07.2022 / Xəbərlər

Kürdəmirdə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə edilib

İyulun 1-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Muradxan kənd “İmam Hüseyn” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov və Nicat İsmayılov, Kürdəmir  şəhər  “İmam Rza” məscidinin din xadimi Elçin Tağıyev, gənclər və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar, o cümlədən gələcək təhlükəsi haqqında ətraflı məlumat verilib, cəmiyyət arasında radikalizm və ekstremizmin təbliğ olunması istiqamətində fəaliyyət göstərən xüsusi dini qruplaşmalara, qeyri-ənənəvi dini cərəyanlara qarşı qətiyyətli mübarizənin aparıldığı vurğulanıb. Eyni zamanda dini radikalizmə və ekstremizmə qarşı mübarizədə təhsilin böyük rol oynadığı, gənclər ilə davamlı görüşlər keçirilərək onlarla maarifləndirici, mənəvi-əxlaqi söhbətlər edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.