Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.10.2021 / Xəbərlər

Kürdəmirdə “Vətən müharibəsinin canlı şahidləri” mövzusunda tədbir keçirilib

Oktyabrın 27-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsinin canlı şahidləri” mövzusunda tədbir keçirilib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, rayonun məsul şəxsləri, şəhid ailələri, qazilər, din xadimləri, müəllim və tələbələr  iştirak ediblər.

Tədbirdə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı qələbə sevincini  bizə yaşadan  vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin  rəşadətindən, hərbçilərimizin qorxmazlığından, xalqımızın birliyindən danışılıb. Vətən müharibəsi iştirakçıları və qazilər isə çıxışlarında keçdikləri döyüş yollarından geniş şəkildə bəhs ediblər.