Kürdəmirdə “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusu müzakirə olunub
Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusunda tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Vətən müharibəsi qazisi, polkovnik-leytenant Qubad Tağıyev, YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyi, Kürdəmir Olimpiya İdman Kompleksi və Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.
Mövzu ilə bağlı çıxışlar zamanı qeyd edilib ki, müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. O da vurğulanıb ki, ölkəmizdə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir.


