Kürdəmirdə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə" mövzusu müzakirə olunub
Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, Kürdəmir rayonu Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxışlarda mövzunun aktuallığından bəhs olunub, məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə sahəsində görülən tədbirlər diqqətə çatdırılıb. Bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

