Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.03.2022 / Xəbərlər

Kürdəmirdə “Gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin və Mərkəzin əməkdaşları, din xadimləri, dini icma sədrləri və Kürdəmir şəhər 2 saylı məktəbin şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı silsilə tədbirlərin keçirilməsinin zəruriliyi qeyd olunub. Milli-mənəvi dəyərlər, vətənpərvərlik və şəhidlik anlayışları haqqında tədbir iştirakçılarına məlumat verilib. Gənclərin və məktəblilərin düzgün tərbiyə olunmasında milli-mənəvi dəyərlərin əhəmiyyəti vurğulanıb.