Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2022 / Xəbərlər

Kürdəmirdə “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib

Sentyabrın 20-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kürdəmir RİH-in nümayəndəsi Daşqın Rüstəmov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Dünyəvi dövlətdə dini tolerantlığın önəmindən bəhs olunub. Həmçinin Azərbaycanda mövcud olan teolerantlıq mühiti barədə geniş məlumat verilib.