Kürdəmirdə “Dini radikalizm və ekstremizmin təhlükəsi” mövzusu müzakirə olunub
Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazılığının birgə təşkilatçılığı ilə "Dini radikalizm və ekstremizmin təhlükəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-nin əməkdaşı Daşqın Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Fizuli Cəfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və ekstremizmin törədə biləcəyi təhlükələrdən bəhs olunub. Vurğulanıb ki, dini radikalizm vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə yaradır. O da diqqətə çatdırılıb ki, dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdir.
Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.
