Kürdəmirdə “Dini məzhəbçilik meyllərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub
Avqustun 16-da Kürdəmir rayonunda “Dini məzhəbçilik meyllərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, təşkilatçı qurumların – Rayon İcra Hakimiyyəti, Kürdəmir Heydər Əliyev Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazılığı və rayon Gənclərin Karyera və İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Vurğulanıb ki, multikulturalizm xalqımızın həyat tərzidir.
Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

