Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.12.2024 / Xəbərlər

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın  1.6-ci bəndinə əsasən Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən onlayn təlim keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov tərəfindən keçirilən təlimdə Komitə əməkdaşlarına  antikorrupsiya davranış modelinin formalaşdırılmasının önəmi barədə danışılıb.

Eyni zamanda korrupsiyanın növləri, mübarizə metodları və korrupsiyaya qarşı mübarizə üzrə mövcüd qanunvericilik ilə bağlı ətraflı məlumat verilib.