Komitə əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim edilib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov dövlət qulluqçularına göstərilən etimada, onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə kollektiv adından dərin minnətdarlığını ifadə edib. O bildirib ki, bu dövlət təltifləri əməkdaşların peşəkar fəaliyyətinə, həmçinin ölkədə insan kapitalının inkişafına və dövlət qulluğu sisteminin gücləndirilməsinə ali səviyyədə qayğı və diqqətin daha bir təzahürdür.
Sonda Ramin Məmmədov təltif olunan əməkdaşları təbrik edərək vəsiqə və medalları onlara təqdim edib, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.


