Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.09.2022 / Xəbərlər

İmişlidə “Şəhidlik-vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda tədbir keçirilib

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, İmişli Rayon İcra Hakimiyyəti (RİH) və Telişli kəndi “Fatimeyi-Zəhra” məscidinin birgə təşkilatçılığı ilə “Şəhidlik-vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli RİH-in nümayəndəsi Rüfət Muradov, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev, Telişli kəndi “Fatimeyi-Zəhra” məscidi dini icmasının sədri Gülnarə Əhmədova, şəhid ailələri, ziyalılar və dini icmanın üzvləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Eyni zamanda 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən bəhs edilib.