Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.04.2022 / Xəbərlər

İmişlidə dini radikalizmə qarşı mübarizə mövzusu müzakirə olunub

Aprelin 25 -də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, İmişli rayon Gənclər və İdman idarəsi, rayon Təhsil Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) İmişli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox, erkən nikah və dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, İmişli rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramin Fərəcov, GİKM-in rayon nümayəndəliyinin direktoru İlkin Quluzadə, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlar zamanı narkomaniya, dini radikalizm, erkən nikahın fəsadları barədə geniş məlumat verilib. Bu kimi problemlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığı qeyd edilib. Belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük vəzifə və məsuliyyətin düşdüyü də vurğulanıb.

Tədbir diskussiya şəklində davam etdirilib.