Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2022 / Xəbərlər

Göygöldə “Dinlərarası münasibətlər və tolerantlıq ” movzusunda tədbir keçirilib

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl şəhər Gənclər evində “Dinlərarası münasibətlər və tolerantlıq” movzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov və rayon gəncləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və sülh şəraitində yaşadığı məkan olub. Həmçinin Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu da diqqətə çatdırılıb.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Həmrəyliyimiz, milli birliyimiz gücümüzdür” adlı sənədli film nümayiş olunub.