Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.12.2021 / Xəbərlər

Göyçayda "Narkomaniyaya yox, erkən nikah və dini radikalizmə qarşı mübarizə" mövzusu müzakirə olunub

Dekabrın 28-də Göyçay şəhər 5 saylı tam orta məktəbdə "Narkomaniyaya yox, erkən nikah və dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.

Tədbirdə Göyçay rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Qeydiyyat şöbəsinin rəisi Könül Məmmədova, Təhsil Şöbəsinin müdir əvəzi Rahib Burcəliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxışlar zamanı narkomaniya, dini radikalizm, erkən nikahın fəsadları barədə geniş məlumat verilib. Bu kimi problemlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığı qeyd edilib. Belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyü də vurğulanıb.

Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.