Göyçayda “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) və Göyçay rayon Qarabaqqal kənd “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, rayon Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Əli Əsgərov, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nicat Mahmudov, rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin əməkdaşı Şahin Xalidov, şəhid valideynləri, din xadimləri, dini icma üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Bildirilib ki, ölkə başçısı cənab İham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilən “Narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı”” bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində əsas rolu oynayır. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.


