Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2022 / Xəbərlər

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Göyçay rayon Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbində  maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, Göyçay Rayon Polis şöbəsinin rəis müavini Rasim Mirzəyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Samir Xəlilov,  məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, fəsadları, ona qarşı mübarizə metodlarından danışılıb. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən, dini radikalizmdən uzaqlaşdırılması, narkomaniya ilə mübarizə, eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasıdır. Həmçinin zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən bəhs olunub. Erkən nikahların sosial narahatlıq doğuran problemli ailələrin artmasına ciddi təsir etdiyi bildirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.