Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.02.2022 / Xəbərlər

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Fevralın 8-də Göyçay şəhər 1 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev, Təhsil Şöbəsinin müdir əvəzi Rahib Burcəliyev, rayon Qeydiyyat şöbəsinin rəisi Könül Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda dini radikalizmin fəsadları, yaranma səbəbləri, ona qarşı mübarizə metodlarından danışılıb. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən, dini radikalizmdən uzaqlaşdırılması narkomaniya ilə mübarizə, eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasıdır. Həmçinin, zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən də bəhs olunub. Erkən nikahların sosial narahatlıq doğuran problemli ailələrin artmasına ciddi təsir etdiyi bildirilib.

Tədbir dialoq formasında müzakirələrlə yekunlaşıb.