Gənclik narkomaniyaya yox deyir!
Laçın rayonunun Taxtakörpü qəsəbəsində “Gənclik narkomaniyaya yox deyir!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev, Rayon Polis Şöbəsinin əməkdaşı Veysəl Allahverənzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin nümayəndələri, eləcə də Taxtakörpü qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda bu cür tədbirlərin əhəmiyyətindən bəhs olunub. Narkomaniyaya qarşı mübarizədə hər kəsin fəal olmasının önəmi vurğulanıb. Bildirilib ki, gənclər və yeniyetmələr bu istiqamətdə mütəmadi olaraq maariflənməlidirlər.
