Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.09.2024 / Xəbərlər

Gəncədəki Aleksandr Nevski Pravoslav Kilsəsinin 137 illiyi qeyd olunub

Sentyabrın 12-də Gəncədəki Aleksandr Nevski Pravoslav Kilsəsinin 137 illiyi qeyd olunub. Dini mərasim zamanı kilsə zəngləri çalınıb, dini ayinlər icra olunub. Mərasim Bakı və Azərbaycan yepiskopu Aleksiy tərəfindən icra olunub.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yepiskopu Aleksiy, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Tahir Abbasov, Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abuzər Zeynalov, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan pravoslavlar iştirak ediblər.